“İndiyə qədər yeni müqavilə haqda heç bir danışıq olmayıb” – Dembele

“Barselona”nın futbolçusu Osman Dembele açıqlama verib.

Komanda.az xəbər verir ki, “beİN Sports”a danışan fransalı hücumçu, Kataloniya klubu ilə yeni müqavilə haqda danışıqlar aparmadığını deyib:

“İndiyə qədər yeni müqavilə haqda heç bir danışıq olmayıb. Mən burda özümü yaxşı hiss edirəm. Hər zaman gülümsəyirəm, mən belə tərbiyə almışam. Bu mənim həmişəki halımdır, maska deyil”.

İspaniya mətbuatı “Barselona”nın Dembele ilə yeni sözləşmə imzalayacağını iddia edir.

23 yaşlı futbolçu bu mövsüm “Barselona” ilə 30 oyunda 10 qol vurub.

Dembelenin “Barsa” ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.