“Hər kəs onun dünyanın ən yaxşısı olduğunu bilir” – Suares

“Barselona”nın futbolçusu Luis Suares klubun rəsmi saytına açıqlama verib.

Komanda.az xəbər verir ki, uruqvaylı hücumçu, komanda yoldaşı Lionel Messi haqda danışıb:

“Messinin inkişafımda böyük rolu olub. Əvvəldən bəri onunla yaxın olduq. Onunla birgə keçirdiyim vaxt mənə meydanda da kömək oldu. Hər kəs onun dünyanın ən yaxşısı olduğunu bilir. Bunu sübut edib və hər gün də etməyə davam edir. “Qızıl buts” mükafatı üçün mübarizə aparanda məni köməksiz qoymadı və ötən mövsüm “Eybar”la oyunda mənə qol imkanı yaratdı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button