Messi Parisdə ev axtarır

“Barselona”nın futbolçusu Lionel Messi Parisdə özünə ev axtarır.

Komanda.az xəbər verir ki, bu barədə Fransanın “Le10Sport” nəşri məlumat yayıb. Xəbərdə, Parisin nüfuzlu əmlak agentliklərindən birinin Messi və ailəsi üçün bu şəhərdə ev axtardığı qeyd olunub.

Bir müddət əvvəl PSJ-nin Messiyə 2+1 şərti ilə müqavilə təklif etdiyi bildirilirdi.

Messinin “Barselona” ilə sözləşməsi yaya qədərdir.