Messi: “Bu komandanın kapitanı olmaq başqa bir hissdir”

“Barselona”nın futbolçusu Lionel Messi İspaniya kubokunun finalında “Atletik”i məğlub etdikləri matçdan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan argentinalı hücumçu, 4:0 hesabıyla qələbə qazandıqları oyunu belə şərh edib:

“Atletik”in necə oynayacağını bilirdik. Topa sahib olduq və rəqibin boşluqlarından yararlanmaq üçün səbr etdik. İlk hissədə daha çox hərəkət etsək də, qol vura bilmədik. İkinci hissədə rəqib yoruldu və bundan istifadə etdik.

Kuboku qazanmaq çox xoşdur. Sevincli gündür. Bu komandanın kapitanı olmaq başqa bir hissdir. Qələbəni azarkeşlərimizlə birlikdə qeyd edə bilmədiyimiz üçün təəssüflənirəm. Kuboklar hər zaman önəmlidir, insanlar bunu sevir.

Mövsümə yaxşı başlamadıq və çoxlu itkilərimiz oldu. Daha sonra gücləndik və döyüşə başladıq. Təəssüf ki, “el klasiko”da istədiyimiz nəticəni əldə edə bilmədik”.

“Barselona” İspaniya La Liqasının 30-cu turunda səfərdə “Real”a 1:2 hesabıyla məğlub olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button