“Barselona”nın futbolçusu karyerasını bitirə bilər – 22 yaşında!

“Barselona”nın futbolçusu Mussa Vaqe karyerasını bitirə bilər.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, icarə əsasında Yunanıstanın PAOK klubunda çıxış edən 22 yaşlı müdafiəçi çempionatın “Aris”lə oyununda (0:1) zədələnib. Tibbi müayinə zamanı futbolçunun ön, arxa və yan çarpaz bağlarının qopduğu aşkarlanıb. Bu zədə səbəbiylə futbolçunun karyerasını bitirəcəyi ehtimalı edilir.

Seneqallı futbolçu cari mövsümdə 12 matçda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button