“Santyaqo Bernabeu”da ilk hissədə heç vaxt bu qədər zəif “Real” görməmişdim”

“Barselona”nın futbolçusu Jerar Pike İspaniya La Liqasının 26-cı turunda “Real”la qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispaniyalı müdafiəçi, 0:2 hesabıyla uduzduqları görüşü belə şərh edib:

“İlk hissədə oyunun idarəsi bizdə idi. “Santyaqo Bernabeu”da ilk hissədə heç vaxt bu qədər zəif “Real” görməmişdim. İkinci hissədə bizə təzyiqlər var idi və uğursuz bir top buraxdıq. İlk hissədəki zəif “Real”dan istifadə edə bilsəydik, hər şey daha fərqli olardı. Bunu tənqid olaraq demirəm. Hamının problemləri var, biz də mükəmməl deyilik. Ancaq hesabı aça, qalib gələ bilərdik. İlk hissədəki imkanlardan yararlana bilsəydik, hesab fərqli olardı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button