ÇL: “Barselona”nın daha çox şansı oldu” – Naqelsmann

“Bayern”in baş məşqçisi Yulian Naqelsmann Çempionlar Liqasının qrup mərhələsinin 2-ci tur matçında “Barselona” üzərində qazanılan qələbəni (2:0) şərh edib.

Komanda.az xəbər verir ki, o “Barsa”nın daha çox şansı olduğunu deyib:

“İlk hissədə “Barselona”nın hesabı açmaq üçün bizdən daha çox şansı oldu. Son ötürmələrimiz uğursuz olurdu. İkinci hissədə işimiz xeyli yaxşılaşdı və effektivliyimiz həlledici amil oldu”.

“Bayern” 6 xalla C qrupunda birinci, “Barselona” isə 3 xalla ikincidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button