“Barselona”nın daha bir variantı – MY-nin müdafiəçisi

“Mançester Yunayted”in portuqaliyalı müdafiəçisi Dioqo Dalot “Barselona” tərəfindən müdafiənin sağ cinahı üçün variantlarından biri kimi dəyərləndirilir.

Komanda.az xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb.

Daha əvvəl MY ilə müqaviləsi mövsümün sonunda başa çatacaq futbolçunun bir neçə Avropa klubunun maraq dairəsində olduğu bildirilirdi.

23 yaşlı Dalot 2018-ci ildən “Mançester Yunayted”də çıxış edir. 2020-ci ilin oktyabrından 2021-ci ilin iyununa qədər portuqaliyalı futbolçu “Milan”da icarə əsasında çıxış edib. O, karyerasına “Portu”da başlayıb.

Dioqo Dalot bu mövsüm Premyer Liqa və Avropa Liqasında 9 oyunda 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button