“Görmək istədiyimiz “Barselona” budur” – Xavi

“Barselona”nın baş məşqçisi Xavi Çempionlar Liqasında “Benfika”ya qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az “Marca” nəşrinə istinadən xəbər verir ki, ispan mütəxəssis, 0:0 hesabıyla bitən oyunla bağlı bunları deyib:

“Çox güclü görünürdük, qələbə üçün can atırdıq. Yeganə çatışmayan qol idi. Qol vursaydıq, deyəcəkdilər ki, “Barselona” əla oynadı. Həqiqətən, çox əla oynadıq. Görmək istədiyimiz “Barselona” budur.

Meydanda nə etmək istədiyimizi bilirik. Tək problemimiz qol vurmaqdır. Son iki matçda bir qol vurmuşuq, o da penaltidən. Biz “Barselona”yıq və nə olur olsun, qələbə qazanmalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button