Kumandan Halandla bağlı açıqlama

“Barselona”nın baş məşqçisi Ronald Kuman son zamanlarda adı klubla hallanan Erlinq Halandla bağlı açıqlama verib.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, Kuman, Dortmund “Borussiya”sında çıxış edən hücumçu ilə bağlı bunları deyib:

“İndi onunla bağlı danışmağın vaxtı deyil. Komandamızda olmayan bir futbolçunu müzakirə etməyəcəm. Müxtəlif şayiələr var, bunları sevmirəm. Bütün diqqətim növbəti oyunda və sahib olduğum futbolçulardadır”.

“Borussiya”nın hücumçusu Halandın adı “Barselona”, “Mançester Siti”, “Mançester Yunayted” kimi klublarla hallanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button