Kuman: “Nəticə həlledici olmayacaq”

“Barselona”nın baş məşqçisi Ronald Kuman La Liqanın 30-cu turu çərçivəsində “Real”a qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan Kuman, nəticənin çempionluq yarışında həlledici olmayacağını deyib:

“Nəticə həlledici olmayacaq. Çünki qarşıda oyunlarımız çoxdur və hər şey mümkündür. Buna baxmayaraq, bu matçda qələbə qazanmaq çox vacibdir. Tək “el klasiko”ya deyil, bütün oyunlara qələbə üçün çıxırıq. Yaxşı formadayıq və uğurlu seriya əldə etmişik. “Barselona” çempionluq uğrunda mübarizə aparır. Maraqlı oyun bizi gözləyir. Hər iki komanda qələbənin nə qədər əhəmiyyətli olduğunu başa düşür”.

Bu gün keçiriləcək “Real” – “Barselona” matçı saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button