Kuman: “Real”ı da unutmamalıyıq”

“Barselona”nın baş məşqçisi Ronald Kuman La Liqanın 28-ci turunda “Real Sosyedad”ı məğlub etdikləri matçdan (6:1) sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kuman, La Liqada çempionluq yarışı ilə bağlı bunları deyib:

“Barselona” La Liqanı qazanmağa favoritdir? Qarşıda hələ çox oyun var. “Atletiko” güclü komandadır, lakin onların “Alaves”lə matçda necə çətinlik çəkdiklərini gördük. “Real”ı da unutmamalıyıq. Onların da mübarizəsi davam edir. Mövsümün sonuna qədər heç bir oyunda məğlub olmayacağımızı deyə bilmərəm. Ancaq indi düzgün yoldayıq. Mövsümün əvvəlində çox çətinlik çəkdik, çox şeyi dəyişdik. İstənilən halda, yeni komandaya uyğunlaşmaq üçün vaxt lazım olur. Komandanın artıq yüksəlişdə olduğu göz qabağındadır”.

“Barselona” La Liqada 62 xalla 2-ci sıradadır. Lider “Atletiko”nun 66, 3-cü olan “Real”ın isə 60 xalı var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button