“Bu klubda Messi kimi insanlara hörmət etməlisən” – Kuman

“Barselona”nın baş məşqçisi Ronald Kuman komandanın kapitanı Lionel Messinin müqaviləsindəki detalların mediada yayılmasına münasibət bildirib.

Komanda.az xəbər verir ki, niderlandlı mütəxəssis, “Marca” nəşrinə açıqlamasında, Messiyə hörmət etmək lazım olduğunu bildirib:

“Əlbəttə, mediada yayılanların bir təsiri ola bilər. Bu klubda Messi kimi insanlara hörmət etməlisən. İndi birləşməli və işləməyimiz lazımdır. Messi “Barselona”ya fayda verən futbolçudur. O olmadan çox şeyi bacara bilməzsiz”.

“El Mundo” nəşrinin yaydığı məlumatda, Messinin 2017-ci ildə imzaladığı 4 illik müqavilə ilə 555 milyon avro qazandığı bildirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button