Kuman: “Messini başqa komandada təsəvvür edə bilmirəm”

“Barselona”nın baş məşqçisi Ronald Kuman komandanın kapitanı Lionel Messi haqda açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kuman, argentinalı hücumçunun yeni müqavilə imzalamasına ümid etdiyini bildirib:

“Əmin deyiləm, lakin ümid edirəm ki, Messi yeni müqavilə imzalayacaq. O, hələ möhtəşəm futbolçudur və bizim üçün oyunlar qazanır. Onun baş məşqçisi olmaqdan zövq alıram. Messini başqa komandada təsəvvür edə bilmirəm.

Messi ilə hansısa bir problemim yoxdur. Komandanın kapitanı odur. Onunla taktiki gedişlər haqda müzakirələr aparıram. Təkcə Messi ilə deyil, bütün futbolçularla yaxşı münasibətim var”.

“Barselona” La Liqada 3-cü sıradadır. Messinin Kataloniya klubu ilə müqaviləsi mövsümün sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button