Kuman: “Messi ən yaxşı futbolçu olduğunu sübut edib”

“Barselona”nın baş məşqçisi Ronald Kuman İspaniya kubokunun finalında “Atletik”i məğlub etdikləri matçdan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, “Marca”ya danışan niderlandlı mütəxəssis, 4:0 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:

“Qələbəyə layiq idik. Qol üçün uzun müddət gözləməli olduq, lakin daha sonra şans yaradıb, fərqlənə bildik. Topa yaxşı nəzarət etdik və 1:0-dan sonra da hücumlarımızı davam etdirərək, qələbəni gətirdik.

Lionel Messi ən yaxşı futbolçu olduğunu sübut edib. Ümid edirəm ki, bu, Messinin komandamızın heyətində son kubok oyunu deyil. Onun bizimlə qalmasını istəyirik”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button