“Hər iki oyunun əhəmiyyəti eynidir” – Valverde

“Barselona”nın baş məşqçisi Ernesto Valverde La Liqanın 17-ci turunda “Real Sosyedad”la qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan Valverde, onları çətin səfər matçının gözlədiyini deyib:

“Uzun illərdir ki, “Real Sosyedad”la səfər matçlarımız çox çətin keçir. Son oyunlarda qələbə qazanmışıq, ancaq bu, asan deyildi. Rəqib indi çox yaxşı futbol oynayır. Çətin oyun olacağını bilirik. Rəqib komanda topu itirdikdən sonra dərhal da geri qazanmağa çalışır. “Real Sosyedad”dan sonra da “Real”la oynayacağıq. Hər iki oyunun əhəmiyyəti eynidir”.

Bu gün keçiriləcək “Real Sosyedad” – “Barselona” matçı saat 19:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button