“Messiyə istirahət verdim” – Valverde

“Barselona”nın baş məşqçisi Ernesto Valverde Çempiolar Liqasının qrup mərhələsinin sonuncu turunda “İnter”lə qarşılaşacaqları matçla bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə açıqlama verən Valverde, Lionel Messiyə istirahət verdiyini də deyib:

“İnter”lə oyun bizim üçün əsl test olacaq. Bəli, pley-off mərhələsinə vəsiqə qazanmışıq, ancaq bu matçda da qələbə qazanmaq istəyirik. Düşünürəm ki, “İnter” əsas heyəti ilə oynayacaq və qələbə qazanmağa çalışacaq. İlk oyunda da bizə çətinlik yaşatmışdılar.

Artıq qələbələr qazanmağa başlamışıq. Qarşıdakı oyunları nəzərə alaraq, Messiyə istirahət verdim”.

Bu gün keçiriləcək “İnter” – “Barselona” matçı saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button