Kuman Messinin qalmasını istəyir

“Barselona”nın baş məşqçisi Ronald Kuman komandanın kapitanı Lionel Messi ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, ESPN-ə danışan niderlandlı mütəxəssis, argentinalı hücumçunun komandada qalmasını istədiyini deyib:

“Messinin komandada qalması vacibdir. Onun uzun müddət burda qalması üçün əlimizdən gələni edəcəyik. Müqaviləsi mövsümün sonuna qədərdir. Hələ qarşıda oyunlarımız var. Klub rəhbərliyi bu məsələlər üzərində çalışır”.

Messinin “Barselona” ilə müqaviləsi yaya qədərdir.