“Borussiya” bizdən daha yaxşı oynadı” – Valverde

“Barselona”nın baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasının ilk turunda “Borussiya” (Dortmund) ilə qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Valverde, 0:0 hesabıyla bitən görüşü belə şərh edib:

“Nəticə budur. Çətin oyun keçirdik. “Borussiya” bizdən daha yaxşı oynadı və çoxlu şansları oldu. Qapıçımız Mark-Andre ter Ştegen möhtəşəm çıxış etdi. Onun oyunu bizə fayda verir. Çətin anları onun sayəsində qol buraxmadan keçirdik”.