“Barselona”nın son cəhdi

“Barselona” uzun müddətdir transfer hədəfində olan “İnter”in futbolçusu Lautaro Martines üçün növbəti dəfə hərəkətə keçir.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu argentinalı futbolçu üçün “neradzurra”ya təklif göndərməyə hazırlaşır. “Barselona” son günlərdə bir neçə futbolçusu ilə yollarını ayırdığı üçün Martineslə güclənmək niyyətindədir. Kataloniya klubunun bu dəfə də uğursuz olacağı halda, bu istəyindən imtina edərək, alternativ seçimlər axtaracağı bildirilir.

“Barselona” daha əvvəllər də Martinesi heyətinə qatmaq istəsə də, “İnter” təzminat məbləği olan 111 milyon avronu tələb etdiyi üçün bu keçid alınmayıb.