“Barselona”dan Dembele qərarı

“Barselona”nın fransalı futbolçusu Osman Dembele yayda komandanı tərk edə bilər.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu, kataloniyalıların növbəti mövsüm üçün planlarında yer almır. Yay transfer pəncərəsi dövründə azı bir futbolçusunu satmaq istəyən “Barselona”nın Dembele ilə yollarını ayıracağı gözlənilir.

Bundan başqa, Kataloniya klubu zədəyə meylli futbolçu olan Dembelenin davranışlarından da narazıdır.

2017-ci ildə “Borussiya”dan (Dortmund) transfer edilən Dembele, cari mövsümdə iştirak etdiyi 42 oyunda 14 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Barselona” ilə müqaviləsi 2022-ci ilədək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button