“Barselona”da prezidentliyə namizədin Haland planı

“Barselona”nın prezidentliyinə namizəd Viktor Font seçiləcəyi halda, heyətə top-hücumçu qatmaq niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, norveçli forvard Erlinq Halandı gələcəkdə Kataloniya klubuna transfer etməyi planlaşdırır.

Fontun nümayəndələri artıq “Mançester Siti” rəhbərliyi ilə mümkün transferi müzakirə etmək üçün görüş keçiriblər. Hazırda tərəflər arasında konkret danışıqlar aparılmasa da, Fontun əsas məqsədi Halandın klubundan ayrılacağı halda “Barselona”nın onun üçün prioritet seçimə çevrilməsidir.

25 yaşlı hücumçunun “Mançester Siti” ilə müqaviləsinin müddəti 2034-cü ilə qədərdir. Onunla həmçinin, “Real”ın da maraqlandığı bildirilir.

“Barselona”da prezident seçkiləri martın 15-də keçiriləcək və qalib rəsmi olaraq iyulun 1-dən vəzifəsinin icrasına başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button