Messi ilə Levandovskinin söhbəti – VİDEO

PSJ-nin hücumçusu Lionel Messi “Barselona”nın forvardı Robert Levandovski ilə onun Kataloniya təmsilçisindəki durumu haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar Fransanın paytaxtı Parisdə keçirilən “Laurens” mükafatlandırma mərasimində bir araya gəliblər.

Argentinalı futbolçu, Levandovskiyə “Barselona”da işlərin necə gedir” sualını ünvanlayıb. Polşalı isə cavabında, “Hər şey qaydasındadır” deyib.

Daha sonra Messinin həyat yoldaşı Antonella Robertin ailəsi ilə Kataloniyada xoşbəxt olduğunu söyləyib. Lionel Messi isə polşalı cütlüyün vaxtilə onun öz evinin olduğu ərazidə yaşayıb-yaşamadığını aydınlaşdırıb.

“Laurens”ə görə, Messi 2023-cü ildə dünyanın ən yaxşı idmançısı seçilib. O, ikinci dəfədir ki, bu mükafata yiyələnir. Eyni zamanda, mükafata sahib olan yeganə futbolçu Messidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button