“Barselona”nın 15 milyonluq təklifi rədd edildi

“Barselona” “Zalsburq”dan Kərim Adeyemini transfer etmək niyyətindədir.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 17 yaşlı hücumçu üçün 15 milyon avro təklif edib. Ancaq “Zalsburq” rəhbərliyi bu təklifi rədd edib.

Müqavilə ilə “Zalsburq”a məxsus olan Adeyemi, hazırda Avstriya 2-ci Bundesliqasında “Liferinq”də forma geyinir. O, bu mövsümdə 15 oyunda 9 qol vurub, 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button