“Barselona” Yamalı 1 milyard avroya satmağa razıdır

“Barselona” yetirməsi Lamin Yamalı satmaq istəmir. Lakin kluba böyük təklif gəlsə, hər şey dəyişə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barsa” 16 yaşlı vingeri satmağı yalnız bir milyard avroluq təklif alınarsa, nəzərdən keçirəcək.

Yamal, PSJ-nin ona maraq göstərməsinə baxmayaraq, “Barselona”da qalmaq istəyir. Fransa klubu ispaniyalı futbolçuya ciddi maraq göstərir. Amma onlar gənc yarımmüdafiəçi üçün böyük məbləğdə pul ödəmək niyyətində deyillər.

Yamal La Liqanın cari mövsümündə 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button