“Barselona” və Ter Ştegendən rekord

İspaniyanın “Barselona” komandası La Liqada ötən əsrin rekordunu təkrarlayıb.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi buna bir mövsümün 24 oyununda qol buraxmamaqla nail olub.

32-ci turda “Betis”i 4:0 hesabı ilə məğlub edən “Barsa”da qapıçı Mark-Andre ter Ştegen 24-cü qarşılaşmada qapısının toxunulmazlığını qorumağı bacarıb. Bununla “göy-qırmızılar”ın 1986/87 mövsümündəki rekordu təkrarlanıb. Həmin vaxt qapıçı Andoni Subisarreta 24 görüşdə qol buraxmamaqla tarixə düşmüşdü.

Almaniyalı qapıçı bir mövsüm ərzində çempionatın 24 oyununda qol buraxmamaqla “Barsa”nın mütləq rekordçusuna da çevrilib. O, 2014/15 mövsümündə 23 görüşdə qapısının toxunulmazlığını qorumağı bacaran Klaudio Bravonun rekordunu yeniləyib.

“Barselona” daha bir matçda qol buraxmasa, həm klub, həm də qapıçı ter Ştegen La Liqanın da rekordunu yeniləyəcək. Xavinin kollektivi mövsümün qalan görüşlərində “Osasuna”, “Espanyol”, “Real Sosyedad”, “Valyadolid”, “Malyorka” və “Selta” ilə qarşılaşacaq.

Xatırladaq ki, sona 6 tur qalmış 79 xalla turnir cədvəlinə başçılıq edən “Barselona” ən yaxın izləyicisi “Real”ı 11 xal qabaqlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button