Son 10 ilin ən yaxşısı: “Barselona” və Messi

İspaniyanın “Barselona” klubu son 10 ilin nəticələrini açıqlayıb.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, 2010-cu ildən bəri olan göstəriciləri açıqlayan “Barsa”, son 10 il ərzində ən çox qələbə qazanan klub olub (289). Sonrakı yerlərdə “Real” (273), “Yuventus” (260), “Mançester Siti” (250) və “Bavariya” (250) qərarlaşıb.

“Barselona”nın hücumçusu Lionel Messi isə futbolçular arasında qələbəyə ən çox sevinən oyunçu statusuna yiyələnib. Eyni zamanda, bu müddət ərzində 1080 qol vuran “Barselona” ən çox qol vuran komanda, Messi isə 369 qolla ən məhsuldar futbolçu olub. Argentinalı hücumçu məhsuldar ötürmə sayında da rəqiblərini qabaqlayıb. O, 136 məhsuldar ötürməylə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button