“Barselona” portuqaliyalıdan əl çəkmək istəmir

“Barselona” “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvanı transfer etməkdə israrlıdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kataloniyalılar müdafiəçi Jerar Pike ilə müqaviləyə xitam verildikdən sonra əldə etdikləri vəsaiti Silvanın keçidi üçün sövdələşməyə daxil etməyi düşünürlər.

Pike müqaviləsinin bitməsinə 2 il qalmış “Barsa”dan ayrılıb.

28 yaşlı Silva bu mövsüm “şəhərlilər”in heyətində 19 oyuna çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə edib. Portuqaliyalı futbolçunun “Mançester Siti” ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button