
“Barselona” ispan müdafiəçinin transferini gözdən keçirir
“Barselona” “Çelsi”nin sol cinah müdafiəçisi Mark Kukurellanın transferində maraqlıdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu bu keçid uğrunda futbolçu ilə maraqlanan “Mançester Siti” və “Atletiko” ilə rəqabət aparmağa hazırdır. Müdafiəçi özü də bu yay La Liqaya qayıtmağı ciddi şəkildə nəzərdən keçirir.
Kukurella 2012–2019-cu illər arasında “Barselona”da çıxış edib, lakin əsas komandada cəmi bir rəsmi oyunda meydana çıxıb. Onun “Çelsi” ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilə qədər qüvvədədir. “Transfermarkt” 27 yaşlı oyunçunun bazar dəyərini 50 milyon avro civarında qiymətləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



