“Barselona” onu istəmir, “Bavariya” transfer edə bilər

Yay transfer pəncərəsi dövründə icarə əsasında “Barselona”dan “Bavariya”ya transfer olunan Filippe Koutinyo Kataloniya klubuna qayıtmayacaq.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Barselona” braziliyalı yarımmüdafiəçinin tezliklə klubu birdəfəlik tərk etməsinə ümid edir. Koutinyonun xidmətində maraqlı olmayan katalonlar, cari mövsümün sonunda onu satacağını dəqiqləşdirib. Klub rəhbərliyi “Bavariya”nın onu bidəfəlik transfer edəcəyinə də inanır. Eyni zamanda, “Barselona” futbolçunun Premyer Liqaya (Koutinyo əvvəllər “Liverpul”da forma geyinib) mümkün qayıdış variantını da nəzərdən keçirir.

Koutinyonun icarə müqaviləsində təzminat məbləği 120 milyon avro göstərilir. Münhen klubunun da mövsümün sonunda futbolçunu birdəfəlik transfer etmək niyyətində olduğu bildirilir.

Cari mövsümdə Bundesliqada və Çempionlar Liqasında ümumilikdə 8 oyunda iştirak edən Koutinyo, 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button