“Əminəm ki, Messi “Barselona”da qalmaq istəyir” – Laporta

“Barselona” klubunun prezidenti Xuan Laporta açıqlama verib.

Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan 58 yaşlı funksioner, Lionel Messinin komandada qalmaq istədiyini deyib:

“Leo dünyanın ən yaxşı futbolçusudur. O, bu kluba bağılıdır. Əminəm ki, Messi “Barselona”da qalmaq istəyir və onu burda saxlamaq üçün əlimizdən gələni edəcəyik”.

“Barselona” İspaniya kubokunun finalında “Atletik”i 4:0 hesabıyla məğlub edib. Messi bu matçda iki qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button