Luis Suaresin yerinə 5 namizəd

“Barselona” klubu Luis Suaresə əvəzləyici axtarır.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisində mövsümün sonunda komandadan ayrılacağı gözlənilən hücumçunun mövqeyinə 5 namizəd müəyyənləşib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Xəbərdə, “Barselona”nın Suaresin mövqeyi üçün əsas namizədlərinin “İnter”dən Lautaro Martines, “Tottenhem”dən Harri Keyn, PSJ-dən Kilian Mbappe, “Liverpul”dan Roberto Firmino və “Mançester Yunayted”dən Markus Reşford olduğu bildirilir.

2014-cü ildən “Barselona”da forma geyinən Suaresin müqaviləsi 2021-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button