“Barselona”nın futbolçusu La Liqanın tarixinə düşdü

“Barselona” İspaniya La Liqasının 4-cü turunda “Valensiya”nı məğlub edib – 5:2.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşmada forma geyinən Kataloniya təmsilçisinin 16 yaşlı futbolçusu Ansu Fati yeni uğura imza atıb. Belə ki, Fati, La Liqa tarixində bir rəsmi oyunda 1 qol və 1 məhsuldar ötürmə edən ən gənc futbolçu olub.

Fati, həm də 21-ci əsrdə doğulan və “Barselona”nın əsas komandasında forma geyinən ilk oyunçudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button