Suaresin yeni klubu rəsmən açıqlandı

“Barselona”nın futbolçusu Luis Suaresin yeni klubu bəlli olub.

Komanda.az xəbər verir ki, uruqvaylı hücumçu “Atletiko”ya keçib. Bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Atletiko” Suares üçün “Barselona”ya 6 milyon avro ödəyəcək. 33 yaşlı forvardın təqdimatı yaxın zamanda ediləcək.

2014-cü ildən “Barselona”da forma geyinən Luis Suares, Kataloniya təmsilçisi ilə 283 oyunda 198 qol vurub.