Dembele “Barselona”nı tərk edə bilər

“Barselona”nın hücumçusu Osman Dembele klubu tərk edə bilər.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, 25 yaşlı fransalı futbolçunun sərbəstqalma məbləği 2023-cü ilin iyun və iyul aylarında 100 milyon avrodan 50 milyon avroya düşəcək.

Dembelenin “Barselona” ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.

Futbolçu bu mövsüm İspaniya La Liqasında və UEFA Çempionlar Liqasında 20 oyuna çıxıb, 5 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button