“Barselona” tələsir – Depaya 3 illik müqavilə təklifi

“Barselona” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi “Lion”la müqaviləsi iyunun sonuna qədər olan Memfis Depayı heyətinə qatmaq niyyətindədir. Bu barədə italyan jurnalist Fabritsio Romano özünün “tvitter” səhifəsində məlumat yayıb.

“Barselona” niderlandlı hücumçuya üç illik müqavilə təklif edib. Kataloniya təmsilçisi Depayın keçidini tez bir zamanda rəsmiləşdirmək istəyir.

2017-ci ildən “Lion”da çıxış edən 27 yaşlı hücumçunun klubla müqaviləsi bu ayın sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button