“Barselona” hərəkətdədir” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının “Barselona” ilə 9-cu oyunu haqda fikirlərini bölüşüb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis, “Barselona”nın La Liqada yaxşı təsir bağışladığını deyib:

“Onlar yalnız bir liqa oyununda heç-heçə ediblər. La Liqada “Barselona” hərəkətdədir. Onların Çempionlar Liqasında müəyyən problemləri var. Lakin İspaniya çempionatında onların performansı təsiredicidir”.

“Barselona” – “Real” oyunu oktyabrın 16-da keçiriləcək. Oyun saat 18:15-də başlayacaq.

Hər iki komanda La Liqada 22 xal toplayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button