Messiyə yeni təklif

“Barselona” futbolçusu Lionel Messinin müqaviləsinin müddətini artırmağa hazırlaşır.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin prezidenti Xosep Maria Bartomeu Messinin atası Jorje Messi ilə görüşərək, yeni təklifini bildirəcək. “Barselona” Messi ilə yeni – 4 illik sözləşmə imzalamaq niyyətindədir.

2004-cü ildə “Barselona” ilə peşəkar müqavilə imzalayan Messinin hazırkı sözləşməsi 2021-ci ilin yayına qədərdir.