“Barselona”nın hədəfi – “Everton”un yarımmüdafiəçisi

“Everton”un yarımmüdafiəçisi Amadu Onana karyerasını “Barselona”da davam etdirə bilər.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Serxio Busketsin Kataloniya klubundan getməsi Oriol Romeunun hələ doldurmadığı böyük bir boşluq buraxıb və Andreas Kristensen bu mövqeyi öz üzərinə götürüb. Lakin “Barselona” rəhbərliyi Kristensenin növbəti mövsümdə əsas oyunçu olacağına əmin deyil.

“Barselona” hazırda Onana ilə maraqlanır, lakin klub 22 yaşlı oyunçu üçün yüksək məbləğli təzminat ödəmək istəmir.

Onananın “Everton”la müqaviləsi 2027-ci ilə qədərdir. O, bu mövsüm 29 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button