Zədəli futbolçu “Barselona”ya pul qazandıracaq

UEFA 2024-cü il Avropa çempionatına getməyəcək zədəli yarımmüdafiəçi Frenki de Yonqa görə “Barselona”ya 50 min avro ödəyəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun zədəli topuğunu sağaltmağa vaxtı olmayıb və Niderland millisinə kömək etməyəcək.

“Barselona”nın yarımmüdafiəçisi aprelin sonunda zədələnib və o vaxtdan meydanda görünmür.

Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Niderland yığması turnirin qrup mərhələsində Polşa, Fransa və Avstriya komandaları ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button