
“Barselona” “Çelsi”nin 2 futbolçusunu transfer edə bilər
“Barselona” yay transfer dövründə “Çelsi”nin iki futbolçusunu heyətinə qatmağı nəzərdən keçirir.
Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, Kataloniya klubunun maraq dairəsinə müdafiəçi Mark Kukurella və hücumçu Joao Pedro düşüb.
“Barselona” rəhbərliyi hesab edir ki, hər iki futbolçunu ümumilikdə 100 milyon avrodan aşağı məbləğə transfer etmək mümkündür.
Baş məşqçi Hans-Diter Flikin komandasında müdafiənin solu və hücum xəttinin mərkəzi ən problemli mövqelərdən hesab olunur. Bu səbəbdən, klub həmin zonaları gücləndirməyi əsas prioritet seçib.
“Transfermarkt” portalı 27 yaşlı Kukurellanın dəyərini 50 milyon, 24 yaşlı Pedronun qiymətini isə 75 milyon avro olaraq göstərir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



