“Barselona” bir neçə il sonra yenidən bütün kuboklar uğrunda mübarizə aparacaq”

“Barselona”nın müdafiəçisi Kleman Lanqle hesab edir ki, bir neçə ildən sonra kataloniyalılar istənilən kubok uğrunda mübarizə apara biləcəklər.

Komanda.az “The Times”-a istinadən xəbər verir ki, Lanqle “Barselona”nın böyük klub olduğunu bildirib:

“Barselona” böyük klubdur. Ola bilsin ki, son illər o qədər də yaxşı olmayıb. Amma bir neçə ildən sonra biz daha da yaxşılaşacağıq və yenidən bütün kuboklar uğrunda mübarizə aparacağıq”.

27 yaşlı futbolçu hazırda “Tottenhem”də icarə əsasında çıxış edir. O, 2018-ci ilin yayında “Sevilya”dan “Barselona”ya keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button