Müdafiəçi axtaran “Barselona” gözünü İtaliyaya dikib

“Barselona” qışda yeni müdafiəçi transfer etməyə ümid edir.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubunun diqqətində A Seriyasında çıxış edən üç futbolçu var. Söhbət “İnter”in müdafiəçisi Stefan de Vrey, “Milan”da forma geyinən Koni de Vinter və “Napoli”nin futbolçusu Juan Jezusdan gedir.

“Barselona”nın mərkəz müdafiəçisi Andreas Kristensenin ön çarpaz bağlarının qopması səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalması, eləcə də Ronald Arauxo ətrafında yaranan qeyri-müəyyənlik baş məşqçi Hans-Diter Flikin bu mövqedə seçim imkanlarını xeyli azaldıb.

Bununla belə, “Barselona” üçün yanvarda istənilən oyunçunu transfer etmək çətin olacaq. Çünki əksər klublar mövsümün gedişində əsas futbolçularını yalnız yüksək məbləğ qarşılığında satmağa razı olurlar və kataloniyalıların maliyyə imkanları buna yol vermir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button