“Barselona” 30 milyon avroya hücumçu ala bilər

“Barselona” “Hoffenhaym”ın hücumçusu Fisnik Aslani ilə maraqlanır.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi artıq Almaniya klubundan kosovolu futbolçunun mümkün transferi ilə bağlı rəsmi informasiya istəyib.

“Hoffenhaym” 23 yaşlı forvardı təxminən 30 milyon avroya satmağa hazırdır.

Aslani cari mövsümdə bütün turnirlər daxil olmaqla 28 oyunda iştirak edib, 9 qol vurub və 8 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button