“Barselona” Pedri ilə müqavilənin uzadılmasını müzakirə edib

“Barselona” yarımmüdafiəçisi Pedrinin agenti ilə əlaqə saxlayıb, futbolçu ilə müqavilənin uzadılmasını müzakirə edib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, bu, təkcə müqavilənin uzadılması təklifi deyil, həm də, Kataloniya klubunun komandanın əsas üzvlərindən biri kimi gördüyü futbolçu ilə bağlı niyyət bəyanatıdır.

Pedrinin “Barsa” ilə hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.

21 yaşlı ispaniyalı futbolçu 2019-cu ildən Kataloniya klubunda çıxış edir. O, bu müddət ərzində bütün turnirlərdə 133 matçda iştirak edib, 18 qol vurub, 12 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button