
Bədavi Hüseynovun 250-ci oyunu
Bədavi Hüseynov “Qarabağ”ın heyətində Azərbaycan çempionatlarında 250-ci oyuna çıxıb.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, kapitanın yubileyi Premyer Liqanın 34-cü turunun “Araz-Naxçıvan”la görüşünə (2:0) təsadüf edib.
Müdafiəçi 2012-ci ildən formasını geyindiyi klubdakı bu görüşlərdə 4 qola imza atıb. Bədavi Azərbaycan çempionatları tarixinə eyni klubda ən azı 250 matça çıxan 6-cı futbolçu kimi düşüb.
1. Maksim Medvedev (“Qarabağ”) – 376
2. Qara Qarayev (“Qarabağ”) – 305
3. Aslan Kərimov (“Qarabağ”) – 268
4-5. Rahid Əmirquliyev (“Xəzər Lənkəran”) – 254
Riçard Almeyda (“Qarabağ”) – 254
6. Bədavi Hüseynov (“Qarabağ”) – 250
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



