“Azərreyl” “Gənclər”ə, “Abşeron” “Gəncə”yə qalib gəldi

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 9-cu turun növbəti matçları keçirilib.

Komanda.az xəbər verir ki, iki qarşılaşmanın baş tutduğu oyun günündə “Azərreyl” “Gənclər”i 3:1 hesabı ilə məğlub edib.

“Abşeron” kollektivi isə “Gəncə”ni 3:2 hesabı ilə üstələyib.

Hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button