
Azərbaycan millisinin üzvü Türkiyədə əməliyyat olundu
Azərbaycanın 18 yaşadək qadın basketbolçulardan ibarət millisinin üzvü Ela Nur Gökçöl Türkiyədə əməliyyat edilib.
Bu barədə Komanda.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
İdmançı “Qalatasaray” basketbol klubunun həkimi Sinan Üstündağ tərəfindən əməliyyat olunub.
Basketbolçu bu yay Litvada baş tutmuş Avropa çempionatında zədələnmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



