Azərbaycan millisi Türkiyədə daha bir heç-heçəyə razılaşdı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Olimpiya təsnifat turnirinə hazırlığı davam etdirir.

Komanda.az xəbər verir ki, Türkiyədə təlim-məşq toplanışında olan voleybolçularımız növbəti yoldaşlıq oyunu keçiriblər.

Vasif Talıbovun rəhbərlik etdiyi yığmamız qonşu ölkənin “Türk Hava Yolları” klubu ilə üz-üzə gəlib. Rəsmi oyunlardan fərqli olaraq, bu hazırlıq matçında tərəflər sülhə razılaşıblar. 4 set davam edən matçda tərəflər hərəyə iki hissədə fərqləniblər.

Xatırladaq ki, yığmamız ilk sınaq matçında “Fənərbaxça” klubu ilə də oxşar heç-heçəyə razılaşmışdı.

Yoldaşlıq oyunu

30 dekabr

THY – Azərbaycan 2:2 (21:25, 17:25, 25:20, 25:15)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button