“Futbol bağlı qapılar arxasında keçirilən idman növü deyil”

İngiltərənin “Tottenhem” klubunun qapıçısı Uqo Lloris koronavirus pandemiyası səbəbiylə dayandırılan Premyer Liqa ilə bağlı açıqlama verib.

Komanda.az “Lequipe”yə istinadən xəbər verir ki, London klubunun 33 yaşlı qapıçısı, çempionatın davam etdirilməsini istədiyini bildirib:

“Hazırda hər kəsin çempionatı bitirmək istədiyi vəziyyətdəyik. “Liverpul”un liderliyini ləğv etmək ədalətsizlik olardı, onlar demək olar ki, çempiondurlar. Amma oyunların keçirilməsi qəribə olacaq. Futbol bağlı qapılar arxasında keçirilən idman növü deyil. Azarkeşlərsiz futbol eyni olmaz, mən futbolu belə görmürəm. Hisslərimizi onlarla paylaşmaq üçün burdayıq. Hamımız həmin atmosferi azarkeşlər, mahnılarla tam görmək istəyirik. Klublar və federasiyalar səviyyəsində həll edilməsi lazım olan iqtisadi problemlər var. İnsanların sağlamlığını qorumaqla bu mövsümü bitirmək arasında uyğun həll yolu tapılmalıdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button